Sentyabrın 4-dən 9-dək Almaniyanın paytaxtı Berlində IFA 2015 – Beynəlxalq istehlak elektronikası sərgisi keçiriləcək. Berlin ExpoCenter City Sərgi Mərkəzində keçiriləcək tədbirin təşkilatçısı Messe Berlin GmbH şirkəti və Almaniyanın Əyləncə və Kommunikasiya Elektronikası Assosiasiyasıdır.
1924-cü ildən keçirilən IFA istehlak elektronikası sahəsində dünyada aparıcı innovasiyalar sərgisi hesab olunur. IFA Avropa bazarında vəziyyət indikatoru rolunu oynayır.
IFA pavilyonlarında Philips, Samsung, Bosch, Miele, LG və Sony kimi nəhəng şirkətlərin flaqman məhsulları təqdim olunur. Hər il ənənəvi olaraq sərgi meydançasında əyləncə sistemləri, məişət texnikası və elektrik cihazları, multimedia, kommunikasiyalar, texnologiyalar sferası üzrə 1500 şirkət öz yüksək dərəcəli məhsullarını təqdim edir.
EXPOCLUB beynəlxalq sərgi portalının məlumatına görə, IFA 2015 istehlakçılar üçün elektronika, məişət texnikası, kompüter və noutbuklar, telekommunikasiyalar, kompüter şəbəkələri, multimedia texnologiyaları, İnternet kimi istiqamətləri əhatə edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.