ELANLAR

4610

İnformasiya texnologiyaları və kompüter elmləri üzrə III Avropa konfransı keçiriləcək

17 Avqust 2015 - 10:00
İnformasiya texnologiyaları və kompüter elmləri üzrə III Avropa konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

10 sentyabr 2015-ci il tarixdə Vyana şəhərində (Avstriya) İnformasiya texnologiyaları və kompüter elmləri üzrə III Avropa konfransı keçiriləcək. “Şərq-Qərb” perspektivli tədqiqatlar və ali təhsil assosiasiyası tərəfindən təşkil olunan konfransda yaşadığı ölkədən, təhsil aldığı sahədən asılı olmayaraq tələbə, doktorant və elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşlar iştirak edəcək. Distant formatda keçiriləcək konfransa İnternet vasitəsilə qoşulmaq mümkündür.

Konfrans materialları toplusuna 2015-ci il sentyabr ayının 9-dək qəbul ediləcək məqalələrin ingilis, alman, rus, ukrayna, qazax və özbək dillərində təqdim olunması nəzərdə tutulur.

Konfransın əsas istiqamətlərini texnoloji proses və məhsulların avtomatlaşdırılması və idarə olunması, kompüter şəbəkələri, informasiya emalının kvant metodları, kompüter şəbəkələrinin riyazi və proqram təminatı, informasiya mühafizə sistemləri, informasiya təhlükəsizliyi, sistemli analiz, informasiya emalı və idarə olunması, informatikanın nəzəri əsasları, sosial və iqtisadi sistemlərdə idarəetmə və s. əhatə edir.