ELANLAR

5275

NANO KOREA 2015 – 13-cü Beynəlxalq nanotexnologiyalar sərgi-simpoziumu keçiriləcək

29 İyun 2015 - 21:00
NANO KOREA 2015 – 13-cü Beynəlxalq nanotexnologiyalar sərgi-simpoziumu keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İyulun 1-dən 3-nə kimi Seulda (Koreya) NANO KOREA 2015 – XIII Beynəlxalq nanotexnologiyalar sərgi-simpoziumu keçiriləcək. Tədbirin təşkilatçıları Koreyanın Elm və Texnologiyalar Nazirliyi, Ticarət, Sənaye və Energetika Nazirliyidir.

Dünyada ən böyük sərgilərdən hesab olunan NANO KOREA 2003-cü ildən keçirilir. Artıq 12 ildir ki, təşkil olunan beynəlxalq simpozium və sərgidə Koreya və digər ölkələrdən olan alim, tədqiqatçı və biznesmenlər nanotexnologiyalar sahəsi üzrə tendensiyaları müzakirə edir, son məlumatlar və təcrübə ilə bölüşürlər.

expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, sərgidə 15 ölkənin nanotexnologiyalar üzrə 400-dək şirkətindən olan təmsilçinin, 40 ölkədən isə 12000-ə yaxın mütəxəssisin iştirakı gözlənilir.

COEX Exhibition Center Sərgi Mərkəzində keçiriləcək tədbir nanobiotexnologiyalar, nanomateriallar, nanoqurğular, nanoistehsal, nanotexnologiyalarda qiymətləndirmə və ölçmə, nanotexnologiyaların tətbiqi kimi bölmələrdən ibarət olacaq.

Burada mikro- və nano prosessorlar, yaddaş çipləri, LSI və OLED sistemləri, biosensor və çiplər, biopreparatlar, foton və kvant cihazları, fotokatalizatorlar, nanorobotlar, nanokeramika, nanoörtüklər, litoqrafiya (çap üsulu), plazma generatorları, lazer emalı texnologiyaları, mikroskoplar, mikroelektroforometrlər, testerlər, İKT, proqram təminatı və s. təqdim olunacaq.

Sərgi ilə eyni vaxtda keçiriləcək:

• MicroTech World – 8-ci mikrotexnologiyalar sərgisi

• Laser Korea – 6-cı lazer texnologiyaları sərgisi

• Advanced Ceramics Expo – 5-ci zərif keramika sərgisi

• Printed Electronics Korea – çap elektronikası sərgisi 

Qeyd edək ki, NANO KOREA 2014 sərgisində 520 stend təqdim olunmuşdu ki, burada dünyanın 14 ölkəsindən 360 şirkətin məhsullaarı nümayiş etdirilmişdi. 30 ölkədən isə 4002 ziyarətçi qeydə alınmışdı.