AICT2015 – İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə IX Beynəlxalq konfrans bu il 14-16 oktyabr tarixlərdə Rusiyanın Rostov-Don şəhərində keçiriləcək. Builki tədbir sözügedən şəhərdə yerləşən Cənub Federal Universitetinin 100 illiyinə həsr olunub. AICT2015 Qafqaz Universiteti və Cənub Federal Universitetinin təşkilatçılığı və IEEE – Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçiriləcək.
Bakı, Astana (Qazaxıstan), Daşkənd (Özbəkistan), Tbilisidə (Gürcüstan) keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də AICT2015 informasiya və kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alimləri, müəllim və tələbə heyəti, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün xüsusi platformaya çevriləcək.
AICT2015 Beynəlxalq konfransı 80-ə yaxın mövzunu əhatə edəcək. Tədbir aşağıdakı bölmələr üzrə aparılacaq:
AICT2015 haqqında ətraflı məlumatı tədbirin rəsmi saytından – aict.info/2015 əldə etmək olar.