ELANLAR

4978

İnkişaf etməkdə olan ölkələrin alimlərinin Elmi Tədqiqatlarda İştirakı Proqramı üzrə 2015-2016-cı illər üçün müsabiqə elan edilir

17 Aprel 2015 - 11:14
İnkişaf etməkdə olan ölkələrin alimlərinin Elmi Tədqiqatlarda İştirakı Proqramı üzrə 2015-2016-cı illər üçün müsabiqə elan edilir, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin ünvanına Hindistanın Elm və Texnologiya Mərkəzinin məktubu daxil olub.

İnkişaf etməkdə olan ölkələrin alimlərinin Elmi Tədqiqatlarda İştirakı Proqramı (RTF-DCS) üzrə 2015-2016-cı illər üçün elan olunan müsabiqədə Azərbaycan alimlərinin iştirakı təklif olunur.

Hindistanın Elm və Texnologiya Mərkəzinin təşəbbüsü ilə keçirilən RTF-DCS Proqramı bu ölkə hökumətinin Elm və Texnologiya Nazirliyinin elm və texnologiya departamenti tərəfindən maliyələşdirilir.

50 nəfərin iştirakı ilə 6 ay müddətinə nəzərdə tutulan bu proqram kənd təsərrüfatı, biologiya və tibb elmləri, kimya elmləri, fizika-riyaziyyat elmləri, yer elmləri, texnika elmləri, materiallar, minerallar və metallurgiya, multidisplinar və digər sahələr üzrə həyata keçiriləcək.

Müsabiqədə yaşı 40-dək olan aspirantlar, elmi işçilər, mühəndislər, texnoloqlar iştirak edə bilərlər.

İştirakçının ərizəsi iyunun 15-dək online təqdim olunmalıdır.

Tam məlumatı www.innovasiya.az saytının Azərbaycan və ingilis versiyasından əldə edə etmək olar.