ELANLAR

5188

“Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçiriləcək

16 Aprel 2015 - 16:00
“Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final mərhələsi mayın 2-si saat 10:00-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

Qeyd edək ki, 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiada 2007-ci ildən AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Heydər Əliyev Fondu, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilməkdədir.

Olimpiadanın 5 aprel 2015-ci il tarixdə Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində respublikanın 14 ali təhsil müəssisəsindən 50 komanda iştirak etmişdir. Qaydalara əsasən, müsabiqədə 14 ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 12 komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdır.

Finalda ilk 4 yerə layiq görülən komandalar sponsorların təqdim etdiyi hədiyyələr, habelə fəxri fərman, diplom və sahə üzrə müxtəlif kitablarla mükafatlandırılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.