ELANLAR

5655

II Respublika robot proqramlaşdırma müsabiqəsinə qeydiyyat başlayıb

20 Fevral 2015 - 15:45
II Respublika robot proqramlaşdırma müsabiqəsinə qeydiyyat başlayıb, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Bakıda II Respublika robot proqramlaşdırma müsabiqəsinə (AzRoboHack2) qeydiyyat başlayıb. “AzRoboHack” Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM) təşkil etdiyi robot proqramlaşdırma yarışı layihəsidir.

Layihə “QUTexnopark”, QU Kompüter Mühəndisliyi bölməsi, “IEEE Azerbaijan Chapter”-in təşkilatçılığı, “AZEL Elektronik” LTD, ACCODERS, “DNS Computers” və “CeDAWI”-nin sporsonluğu, “ExpertTV”-nin mətbuat dəstəyi ilə keçirilir.

Layihənin məqsədi tələbələrin potensialını ortaya çıxarmaq, onların robototexnikaya, elektronikaya olan marağını artırmaqdır.

Seçim müsabiqəsi 27-28 fevral tarixlərində baş tutacaq. Qəbul haqqında məlumat isə martın 1-də veriləcək. Müsabiqədə iştirak şərtlərinə gəlincə, bakalavr, magistr tələbələrindən təşkil edilmiş komandalar iştirak edə bilər. Hər komandanın iki üzvü ola bilər. İştirakçılar minimum riyazi məntiq və elektronika üzrə biliklərə malik olmalıdırlar. Yarış müddətində iştirakçılar təlimlər zamanı təyin edilmiş meyarlara cavab verən robot tətbiqləri hazırlamalıdırlar.

Yarış 2 may saat 10:00-da keçiriləcək.

Qeydiyyatdan keçmiş və onlayn seçim müsabiqəsində ilk 10 yeri tutan komandalar yarışın final müsabiqəsində iştirak edə biləcəklər. Müsabiqə çərçivəsində təlimlər də (07.03.2015 (2 saat); 04.04.2015 (2 saat); 14.03.2015 (2 saat); 11.04.2015 (2 saat)) nəzərdə tutulur. Müsabiqənin finalı mayın 2-də keçiriləcək. Təlimlərin keçirilməsində məqsəd yarış iştirakçılarının yarış mühiti və istifadə olunacaq maddi-texniki baza ilə tanış olmasıdır. 

Təlimlərdə iştirakçı komandalara bir sıra mövzularda seminarlar keçiriləcək. Mövzulara “Elektronika hakaton və “AzRoboHack” anlayışları”, “Yarışda maddi-texniki baza kimi istifadə edilən “Arduino” və “Raspberry  kartları və bundan istifadə imkanları”, “Mikrokontrollerlər haqqında ümumi məlumat. Mikrokontrollerlərin proqaramlaşdırılması. Arduino mikrokontrollerlərinin təsnifatı”, “Arduinoda əsaslı lövhələr. Tamamlayıcı məhsullar. Elektronik hissələr və onların xassələri”, “İlkin hazırlıq. Arduino iş mühiti. Arduino proqramlaşdırmanın əsasları”, “Arduino ilə təcrübələr” daxildir.


Bu müddət ərzində yarış iştirakçıları təlimlər zamanı təyin edilmiş meyarlara cavab verən elektronika tətbiqlərinin təqdimatını edirlər.  Hazırlanmış tətbiqlər müvafiq göstəricilərinə görə qiymətləndiriləcək. Buraya innovasiya, sənayeyə, ətraf mühitə olan faydası, ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri, elektronika dizaynı, işin, alqoritmin stabilliyi və s. daxildir. 
 
Münsiflərin dəyərləndirməsi əsasında ilk üç yeri tutan komandalar pul mükafatı qazanacaqlar.  Birinci yer üzrə 500 AZN və “Arduino Kit”, ikinci yer üzrə 300 AZN və “Arduino Kit”, üçüncü yer üzrə 200 AZN və “Arduino Kit” nəzərdə tutulur. Digər iştirakçılara həvəsləndirici mükafat və sertifikatlar təqdim ediləcək.

ictnews.az saytının məlumatına görə, mükafatlandırma mərasimi Qafqaz Universitetində təşkil edilən ənənəvi VI Gənclik şənliyində həyata keçiriləcək və davamı olaraq elektronikaların sərgisi təşkil olunacaq.