ELANLAR

8696

“Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” adlı Beynəlxalq elmi konfrans keçiriləcək

09 Fevral 2015 - 11:31
“Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” adlı Beynəlxalq elmi konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

8-13 sentyabr 2015-ci il tarixlərdə Bakıda “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” adlı Azərbaycan - Türkiyə - Ukrayna Beynəlxalq elmi konfransı (MADEA-7) keçiriləcək. Konfransın təşkilatçıları AMEA Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Türkiyənin Mersin Universiteti, Ukrayna MEA Riyaziyyat İnstitutu, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti və Ukrayna MEA Y.A.Mitropolski adına Beynəlxalq Riyaziyyat Mərkəzidir.

İngilis, rus və türk dillərində keçiriləcək konfransda tətbiqi analiz, yaxınlaşma nəzəriyyəsi, ekstremal problemlər, funksional analiz, funksional-diferensial və stoxastik tənliklər, harmonik analiz, inteqral dəyişikliklər, diferensial tənliklər nəzəriyyəsində keyfiyyətli və asimptotik üsullar, natamam diferensial tənliklər və digər elmi sahələr üzrə müzakirələrin aparılması gözlənilir.

Qeydiyyat 8-9 sentyabr 2015-ci il tarixlərdə keçiriləcək. Məruzələr cari ilin 31 may tarixinədək qəbul olunacaq.

Konfrans haqqında ətraflı məlumatı madea2015.imm.az saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.