26 yanvar 2015-ci il tarixdə Novosibirskdə (Rusiya) “Texniki elmlər - nəzəriyyədən təcrübəyə” adlı 42-ci Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. “Sibir Ekspertlər Assosiasiyası” Qeyri-Kommersiya Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilən konfransda texniki elmlər üzrə mütəxəssislər, doktorantlar, elmi işçilər və ali məktəb müəllimlərinin iştirakı gözlənilir.
Tədbirdə informatika, hesablama texnikası və idarəetmə, elektron cihazlar, inşaat texnikası və texnologiyaları, nəqliyyat və kommunikasiya, aerokosmik texnika və texnologiyalar, memarlıq və inşaat, kənd təsərrüfatı və aqromühəndislik sistemləri, ərzaq məhsulları texnikası, yüngül sənaye məhsulları texnologiyası, metrologiya və radiotexnika, elektrotexnika, insanın həyat fəaliyyətinin təhlükəsizliyi, sənaye təhlükəsizliyi, əməyin qorunması və ekologiya, elmi-texniki sistemlər və platformalar, istehsal və idarəetmənin təşkili, keyfiyyətli idarəetmə sistemləri, elm və texnika fəlsəfəsi və metodologiyası, nanotexnologiyalar və digər bölmələr üzrə müzakirələr aparılacaq.