Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcəklər Avqust 28, 2023 | 04:58 / Konfranslar, iclaslar

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Riyaziyyat və kompüter elmləri” ixtisası üzrə təhsil alan IV kurs tələbələri AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun müvafiq şöbələrində istehsalat təcrübəsi keçəçəklər. Təcrübənin əsas məqsədi tələbələrin bilik və bacarıqlarının istehsalat şəraitində tətbiq olunmasını təmin etmək, onların ali məktəbdə əldə etdikləri nəzəri bilikləri möhkəmləndirmək, lazımi təcrübəni formalaşdırmaqdan ibarətdir.

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının IV kurs tələbələri ilə görüş keçirildi. Görüşdə institutun Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova, təcrübə rəhbərləri, tələbələr, eləcə də digər məsul şəxslər iştirak edirdilər.

M.Səidova çıxış edərək əvvəlcə institutda Big Data, informasiya təhlükəsizliyi, süni intellekt, bulud texnologiyaları, rəqəmsal transformasiyalar və s. prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlar haqqında məlumat verdi.  O, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparıldığını, informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini bildirdi. 

Məruzəçi hazırda həm dünyada, həm də ölkəmizdə informasiya texnologiyaları üzrə yüksəkixtisaslı kadrlara böyük tələbatın yarandığını qeyd edərək tələbələri bu istiqamətdə institutun təcrübəsindən faydalanmağa, burada aparılan tədqiqatlarla yaxından tanış olmağa çağırdı.

Qeyd edək ki, sentyabrın 12-dək davam edəcək istehsalat təcrübəsi institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev və böyük elmi işçisi Tamilla Bayramova tərəfindən həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı