Proqram təminatının sınağının effektivliyinin artırılması üçün maşın təlimi alqoritmləri tədqiq edilir Oktyabr 28, 2022 | 09:49 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. 7 saylı şöbənin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov seminarın “Maşın təlimindən istifadə etməklə proqram təminatının sınağının effektivliyinin artırılması alqoritmləri” mövzusunun müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Mövzuya dair çıxış edən institutun böyük elmi işçisi Nəzakət Məlikova maşın təlimi alqoritmlərinin proqram təminatınıntestləşmə prosesinə cəlb olunmasının əhəmiyyətindən söz açıb, testləşmədə istifadə olunan maşın təlimi alqoritmləri, reqressiya, qərar ağacı və təsadüfi meşə alqoritmləri  və onların ümumi prinsipləri haqqında ətraflı məlumat verib.

Tədqiqatçı bildirib ki, proqram təminatının layihələndirilməsi zamanı sınaq ən vacib mərhələdir. Çünki səhv və nasazlıqların vaxtında aşkar edilməməsi və aradan qaldırılmaması müəyyən vəsait itkilərinə səbəb ola bilir. Maşın təlimi alqoritmlərinin tətbiqi ilə proqram təminatının testləşməsi zamanı səhvlərin aradan qaldırılması xərclərin minimuma endirilməsinə gətirib çıxaracaq. Məruzəçinin sözlərinə görə, tədqiqat işində maşın təlimi alqoritmlərindən olan reqressiya, qərar ağacı və təsadüfi meşə alqoritmləri təhlil olunub. Qeyd olunub ki, bu alqoritmlər çox mürəkkəb məsələlərin həllində yüksək keyfiyyətə malikdir və onların vasitəsilə yaxşı nəticələr əldə olunur. Ümumiyyətlə, bu alqoritmlər müxtəlif tip məsələlərin həllində uğurla istifadə olunur. Onlar özünüöyrətmə, özünühazırlama və özünü inkişaf etdirmə qabiliyyətinə malikdirlər. Təbiətin sadə qaydalarından istifadə edərək mürəkkəb problemlərin optimal həllini tapa bilirlər.

Müvafiq sahənin kifayət qədər araşdırılmadığını və bir sıra problemlərin mövcud olduğunu bildirən N.Məlikova bu istiqamətdə tədqiqatların davam etdiriləcəyini vurğulayıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Şöbənin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və digərləri müzakirələrdə iştirak edərək, mövzuya dair fikirlərini bölüşüblər, tədqiqatçıya müvafiq sahə üzrə dərin elmi araşdırmaların aparılması ilə bağlı təklif və tövsiyələr veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı