Moskva Dövlət Universitetinin tələbələri institutda istehsalat təcrübəsi keçəcək Avqust 27, 2021 | 04:15 / Konfranslar, iclaslar

Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsinin IV kurs tələbələri 30 avqust - 11 sentyabr 2021-ci il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçəcək.

Avqustun 27-də institutda MDU-nun  tələbələri ilə  “Zoom Meeting” proqramı vasitəsilə görüş keçirildi. Görüşdə tələbələrin təhkim olunduğu institut əməkdaşları – təcrübə rəhbərləri, eləcə də digər aidiyyəti şəxslər iştirak edirdilər.

Öncə çıxış edən İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov tələbələri bu qurumun rəhbərliyi adından salamladı. O, institutun fəaliyyəti haqqında məlumat verərək, burada “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi” istiqamətində tədqiqatların aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu elmi müəssisədə, həmçinin magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması işləri həyata keçirilir.

R.Ələkbərov MDU-nun tələbələrinə AzScienceNet Elm-Kompüter Şəbəkəsinin Data Mərkəzinin fəaliyyəti, burada göstərilən xidmətlərlə yaxından tanış olmağı tövsiyə etdi.

Sonra institutun elmi katibi Mədinə Səidova çıxış edərək institutda MDU-nun 4-cü kursunda təhsil alan 11 tələbənin 2 həftə ərzində “Zoom” proqramı vasitəsilə istehsalat təcrübəsi keçəcəklərini söylədi: Təcrübə instititun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, eləcə də texnika üzrə fəlsəfə doktorları, dosentlər Fərqanə AbdullayevaLyudmila Suxostat tərəfindən həyata keçiriləcək”.

Elmi katib diqqətə çatdırdı ki, təcrübə müddətində informasiya texnologiyaları sahəsində tədqiqat aparan tələbə-gənclərə nəzəri və texnoloji biliklər öyrədiləcək. Həmçinin tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və digər məsələlər aşılanacaq.

O, tələbələrin mütəmadi şəkildə təcrübə rəhbərləri ilə əlaqə saxlayaraq verilən tapşırıqları vaxtında icra etmələrinin vacibliyini vurğuladı, hər birinə uğurlar arzuladı.

İclasda, həmçinin təcrübə müddətində görüləcək işlər, veriləcək tapşırıqlar və həyata keçirilməsi nəzərdə tutulan tədqiqatlar barədə müzakirələr aparıldı, tələbələri maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, istehsalat təcrübəsi MDU-nun Bakı filialı  ilə  İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış müqavilə əsasında baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı