Dissertasiya şurasının elmi seminarının onlayn iclası keçirildi Mart 15, 2021 | 03:08 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki ED 1.35 Dissertasiya şurasının 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə elmi seminarının onlayn iclası keçirildi. Texnika elmləri doktoru, professor Mütəllim Mütəllimovun sədrliyi və texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudovanın elmi katibliyi ilə keçirilən tədbir texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün Yadigar Nəsib oğlu İmamverdiyevin “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunmuşdur. 

Texnika üzrə fəlsəfə doktoru, dosent Y.İmamverdiyev dissertasiya işinin mövzusunun aktuallığı, dissertasiya işində qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verdi, əldə edilmiş elmi yenilikləri və onların elmi-praktiki əhəmiyyətini, dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırdı. Qeyd etdi ki, e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üçün təhdidlərin konsensus ranqlaşdırılması, qarşılıqlı asılı infrastrukturlar mühitində risklərin qiymətləndirilməsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması və optimallaşdırılmış e-mail, strategiyalar, taktikalar və situasiyalar üzrə idarəetmə modelləri, koordinasiya sisteminin qiymətləndirilməsi və modelləşdirilməsi üzrə yanaşmalar və informasiya təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi üzrə modellər və metodlar işlənmişdir.

Sonra iddiaçı Dissertasiya şurası seminarının üzvlərinin suallarını cavablandırdı.

Texnika elmləri doktoru Qəmbər Quliyev, texnika elmləri doktoru, Fərhad Paşayev və texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova dissertasiya işinə dair rəyləri nəzərə çatdırdılar, iddiaçıya irad və təkliflərini bildirdilər.

Sonda dissertasiya işi ilə bağlı müzakirələr aparıldı. Müzakirələrdə iştirak edən texnika elmləri doktorları Mütəllim Mütəllimov, Asif Rzayev, Fərhad Paşayev, Qəmbər Quliyev, texnika üzrə fəlsəfə doktorları, dosentlər Şəfəqət Mahmudova, Məkrufə Hacırəhimova və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək, onların müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyi bildirdilər.

Dissertasiya Şurasının elmi seminarı Yadigar Nəsib oğlu İmamverdiyevin “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları” mövzusunda təqdim etdiyi dissertasiya işinin müvafiq dissertasiya şurasında müdafiəyə buraxılmasını yekdilliklə qərara aldı.

Qeyd edək ki, Dissertasiya Şurasının elmi seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair tələblər” əsasında təşkil edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı