Proqram məhsullarının çoxmeyarlara görə seçilməsi üçün metod və alqoritmlər işlənilib Dekabr 28, 2020 | 01:02 / Mühüm hadisələr

Proqram təminatının funksionallığını qiymətləndirmək üçün Analitik İyerarxiya Prosesi (Analytic Hierarchy Process, AHP)  metodundan istifadə etməklə alqoritm işlənmişdir. Proqram təminatının fuksionallığının xarakteristikalarına AHP-nin tətbiqi ilk işlərdən sayılır. Analitik iyerarxiya prosesi  – vahid qərar vermənin strukturlaşdırılmış texnikasıdır. Nəyin düzgün olub-olmadığı sualına cavab vermir, lakin qərar verən şəxsin seçdiyi variantlardan hansının onun ehtiyaclarına uyğun olduğunu və problemi başa düşməsini qiymətləndirməyə imkan verir.

İnstitutun 2020-ci il üzrə mühüm elmi nəticələrinin müzakirəsinə həsr olunmuş onlayn Elmi seminarda bu barədə məlumat verən texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova bildirib ki, tədqiqat zamanı iki varianta baxılmışdır:  1-ci variantda funksionallığın üç meyarından  və 5 alternativdən istifadə edilərək cüt-cüt müqayisə aparılmış, nəticədə hansı meyarın daha üstün olması müəyyən edilmişdir.  2-ci variantda 5 proqram təminatı, funksionallığın 5 meyarından və 5 alternativdən  istifadə edilimişdir.  Burada da hansı meyarın daha üstün olması müəyyən edilmiş və onların qiymətinə  uyğun ən yaxşı proqram təminatı seçilmişdir.  

Məruzəçi qeyd edib ki, proqram təminatının funksionallığının 5 meyarı və 5 alternativə görə AHP vasitəsilə cüt-cüt müqayisəsi və qiymətləndirilməsi görülən ilk işlərdən biridir. Bu da proqramın dəqiq və düzgün işləməsinə səbəb olur. Bunu aparılan təcrübələr və alınmış nəticələr göstərir. Digər işlərdə proqram təminatının maksimum üç meyarından istifadə edilmişdir.  Aparılan sınaqlar yaxşı nəticə vermişdir. İstənilən PT üçün funksionallığın artırılması üçün bu üsuldan istifadə etmək olar.

Mühüm elmi nəticələrin əks olunduğu 2 məqalə “Web of Science” bazasına daxil olan nüfuzlu jurnalda çap olunub. Belə ki, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın həmmüəllifi olduqları “Funksionallığın meyarlarına görə proqram təminatının seçilməsi üçün AHP metodunun tətbiqi ilə alqoritmin işlənilməsi” (“Development of an algorithm using the AHP method for selecting software according to its functionality”) adlı məqalə, eləcə də Ş.Mahmudovanın müəllifi olduğu “TOPSİS metodundan istifadə etməklə proqram təminatının səmərəliliyinin artırılması və idarəolunmasının optimallaşdırılması üçün  alqoritmin işlənilməsi” (“Application of the TOPSIS method to improve software efficiency and to optimize its management”) adlı məqalə “Soft Computing” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı