Azərbaycan alimlərinin məqalələri “COIA-2020” beynəlxalq konfransının materiallarında dərc olunub Noyabr 12, 2020 | 12:53 / Yeni nəşrlər

İnstitut alimlərinin məqalələri 26-28 avqust 2020-ci il tarixlərində Bakıda keçirilmiş Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci beynəlxalq konfransının (Control and Optimization with Industrial Applications – COIA-2020) materiallarında dərc olunub.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdirləri Şakir Mehdiyev və Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Neft və qaz kompleksinin Sənaye 4.0 həlləri əsasında qurulmasının konseptual məsələləri” adlı məqalədə neft-qaz kompleksində süni intellekt texnologiyalarının tətbiqi analiz edilmişdir. Burada konseptual tətbiqetmə məsələləri ümumiləşdirilmişdir. Qeyd olunmuşdur ki, aparılmış analiz məsələnin həllinin sonrakı inkişafına kömək edə bilər.

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın həmmüəllifliyi ilə hazırlanan “Dəniz neft-qaz sənayesində personalın sağlamlığının idarə olunmasına IoT texnologiyaları əsasında konseptual yanaşma” adlı məqalədə dəniz neft-qaz sənayesində personalın təhlükəsizliyinin və sağlamlığının idarə olunması sisteminin işlənilməsinə insan faktoru baxımından konseptual yanaşma verilmişdir. İnsan faktoru kontekstində personalın təhlükəsizliyi və sağlamlığı probleminin vəziyyəti tədqiq olunmuş, personalın təhlükəsizliyi və sağlamlığının idarə olunması üçün insan-mərkəzli yanaşma konsepsiyası təklif olunmuşdur.

İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları “SCADA sistemlərinin cloud computing mühitində təhlükəsizlik məsələləri” adlı məqalədə neft-qaz sənayesinin monitorinqi və idarə edilməsində geniş istifadə olunan bulud əsaslı SCADA (Supervisory Control and Data Acquisition) sistemlərinin təhlükəsizlik məsələlərinə baxılmışdır. Ənənəvi SCADA sistemləri ilə müqayisədə bulud əsaslı SCADA sistemlərinin üstünlükləri göstərilmişdir. SCADA sistemlərinin tətbiqlərinin bulud mühitində istifadəsi zamanı meydana çıxa biləcək təhlükəsizlik məsələləri analiz edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı