Kompüter şəbəkələri trafikinin proqnozlaşdırılması məsələləri araşdırılır Oktyabr 13, 2020 | 01:27 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Seminarda “Kompüter şəbəkələrinin trafikinin proqnozlaşdırılmasının bir metodu haqqında” adlı məruzə dinlənilib.

İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev çıxış edərək kompüter şəbəkələrinin monitorinqi və mövcud şəbəkə resurslarından istifadənin effektiv idarə edilməsi sahəsindəki problemləri diqqətə çatdırıb. Kompüter şəbəkələrinin mövcud şəbəkə resurslarından istifadəni optimal şəkildə planlaşdırması və səmərəli idarə edilməsi üçün şəbəkə trafikinin həcminin həm uzunmüddətli, həm də qısamüddətli dəqiq proqnozlaşdırılmasının vacib olduğunu qeyd edib.

R.Şıxəliyev ənənəvi proqnozlaşdırma üsulları və onların şəbəkə trafikinin həcminin proqnozlaşdırılmasında istifadəsi, bu üsulların çatışmazlıqları haqqında məlumat verib, onların aradan qaldırılması üçün maşın təlimi metodlarından istifadə etməklə daha dəqiq proqnozlaşdırma metodlarının işlənilməsinin zəruri olduğunu bildirib.

Sonra məruzəçi kompüter şəbəkələrinin trafikinin həcminin qısamüddətli proqnozu üçün maşın təlimi yanaşması olan CART (Classification and Regression Trees) modelinə əsaslanan metodun təklif edildiyini bildirdi. Metodun mahiyyətinin qərar ağaclarının köməyi ilə əvvəlki trafik həcminin vəziyyətləri çoxluğunun trafik həcminin vəziyyətləri şablonlarına görə klassifikasiya edilməsi və hər sinfə uyğun xətti reqressiya modelinin qurulmasından ibarət olduğunu diqqətə çatdırıb. Təklif olunan metodun kompüter şəbəkələrinin trafikinin həcminin qısamüddət üçün (həftələr, günlər, saatlar və saniyələr) proqnozlaşdırmasına imkan verə biləcəyini və proqnozların nəticələrindən şəbəkənin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, rabitə kanallarının həddən artıq yüklənməsinin qarşısının alınması, monitorinqin həyata keçirilməsi, mövcud şəbəkə resurslarının optimal idarə edilməsi və s. üçün istifadə edilməsinin mümkün olduğunu vurğulayıb.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı