Tədris-İnnovasiya Mərkəzinin onlayn seminarı keçirildi İyun 12, 2020 | 02:06 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) AMEA-nın magistrantlarının ümumi fənnlər üzrə imtahanlarının təşkili ilə bağlı onlayn seminar keçirildi. Tədbirdə TİM-in imtahanların təşkilinə məsul əməkdaşları ilə yanaşı  magistrantların qrup nümayəndələri də iştirak edirdi.

Seminarı giriş sözü ilə açan TİM-in rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova qeyd etdi ki, bugünkü tədbirin keçirilməsində əsas məqsəd onlayn imtahana hazırlıqla bağlı məsələlərin müzakirəsidir.

Öncə, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” 1 iyun tarixli sərəncamını xatırladan məruzəçi, AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının 2020-ci il iyunun 15-dən iyulun 15-dək keçirilməsinin nəzərdə tutulduğunu dedi.

AMEA-nın magistrantlarının ümumi və seçmə fənnlər (ali məktəb pedaqogikası, psixologiya və fəlsəfə) üzrə imtahanlarının İnformasiya Texnologiyaları İnstitutunda onlayn formada keçiriləcəyini, imtahanda 121 nəfərin iştirak edəcəyini bildirən R.Mahmudova tələbələrin onlayn imtahan sisteminin iş prinsipi ilə tanış olması üçün onların əvvəcədən qeydiyyatdan keçməsinin vacib olduğunu qeyd etdi.

Sonra çıxış edən baş mütəxəssis Kəmalə Qurbanova imtahana qeydiyyatla bağlı təlimatı təqdim etdi. Digər çıxış edənlər – aparıcı mütəxəssis Sevda Səfərova, mühəndis-proqramlaşdırıcı Raqif İsmayılov da imtahana hazırlıqla bağlı öz münasibətlərini bildirdilər.

Sonda magistrantların sualları cavablandırıldı.

Qeyd edək ki, ali məktəb pedaqogikası üzrə imtahanın iyunun 16-da, fəlsəfə və psixologiya fənnləri üzrə imtahanların isə müvafiq olaraq, 22 və 30 iyun tarixlərində keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı