“Proqram mühəndisliyinin əsasları” adlı kitab nəşr olunub İyun 09, 2020 | 01:11 / Yeni nəşrlər

Kitab ali təhsil müəssisələrinin müəllimləri, tələbələri və informasiya texnologiyaları üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mütəxəssisi Tamilla Bayramovanın müəllifi olduğu “Proqram mühəndisliyinin əsasları” adlı kitab işıq üzü görüb.

İnstitutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımovun elmi redaktorluğu ilə çap olunan kitabda proqram mühəndisliyinin inkişaf tarixi və əsasları haqqında məlumat verilib. Proqram təminatının həyat dövrünün mərhələləri və işlənilmə modelləri araşdırılıb. Keyfiyyətli proqram təminatının işlənilməsi üçün insan amilinin rolu və bu məqsədlə yaradılmış komandanın təşkili modelləri təhlil edilib.

Nəşrdə, həmçinin proqram təminatının müasir işlənilmə metodologiyaları, verifikasiya və validasiya metodları haqqında məlumat verilib. Proqram mühəndisliyi sahəsində mövcud olan standartlar və onların  tətbiq sahələri araşdırılaraq proqram mühəndis­liyinin iqtisadi aspektləri təhlil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı