AzScienceNet şəbəkəsi beynəlxalq onlayn iclasın təşkil olunmasına texniki dəstək göstərib Aprel 28, 2020 | 09:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Elm Kompüter Şəbəkəsi Türk dövlətləri Milli Elmlər Akademiyalarının COVID-19 pandemiyası dövründəki fəaliyyətinə həsr olunmuş onlayn iclasının keçirilməsinə texniki dəstək göstərib. Bu dəstəyin həyata keçirilməsində GEANT EaPConnect layihəsinin Azərbaycan üzrə təmsilçisi olan AzScienceNet şəbəkəsinin əməkdaşları, institutun Beynəlxalaq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək NəbiyevSəməd Dursunov iştirak ediblər.

21 aprel 2020-ci il tarixdə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə böhran vəziyyətlərində Türk dövlətlərində elmin hazırki vəziyyəti, pandemiya dövründə qəbul olunmuş qərarların təcrübə mübadiləsi, eləcə də elmi əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirə videokonfrans sistemi vasitəsilə qatılıb. Onlayn iclasda, həmçinin digər türk dövlətləri akademiyalarının təmsilçiləri çıxış ediblər.

Tədbirin sonunda Türk Dövlətləri Elmlər Akademiyalarının COVID-19 Pandemiya görüşü ilə bağlı qətnaməsi imzalanıb. Sənəddə mövcud böhran dövründəki türk dövlətlərində və respublikalarında elmi əlaqələri inkişaf etdirmək üçün irəliləyişlər etmək, elm adamlarının inteqrasiyasını dərinləşdirmək, türk respublikalarında elm adamlarının təcrübələrini və nəşrlərini bölüşmək, birgə layihələr həyata keçirmək, türk dövlətləri və respublikalarında informasiya texnologiyalarının çoxistiqamətli inkişafında səyləri birləşdirmək kimi məsələlər yer alıb.

Qeyd edək ki, ölkədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq, AzScienceNet şəbəkəsinin fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün qurumun əməkdaşlarından ibarət işçi qrup yaradılıb. Hazırda AzScienceNet ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən telekommunikasiya xidmətləri göstərir. AMEA-nın əməkdaşları ev şəraitində bu şəbəkənin təqdim etdiyi xidmətlərdən istifadə etməklə elmi fəaliyyətlərini davam etdirirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı