İnstitutun əməkdaşı nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb Fevral 13, 2020 | 02:11 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova elmi ekspertiza fəaliyyətinə görə “Scopus” kimi dünyaca məşhur verilənlər bazası tərəfindən indeksləşən “Journal of Big Data” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“SpringerOpen” nəşriyyatında 2015-ci ildən dərc olunan “Journal of Big Data” jurnalında böyük verilənlərin analizindən resurs tələb edən hesablama araşdırmalarına qədər yüksək keyfiyyətli tədqiqat sənədləri, metodologiyalar və geniş mövzuları əhatə edən məqalələr nəşr olunur. Jurnalın əsas mövzu və kateqoriyalarına verilənlərin intellektual analizi vasitələri və metodları, vizuallaşdırılması, böyük verilənlərin texnologiyası, onlar üçün maşınöyrətmə alqoritmləri, bulud hesablama platformaları, paylanmış fayl sistemləri və məlumat bazaları, eləcə də genişləndirilmiş saxlama sistemləri və s. daxildir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Source Normalized Impact per Paper (SNIP): 4.117

CiteScore: 8.79

SCImago Journal Rank (SJR): 1.124

Scopus h-index: 17

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı