“Ağıllı” saat və simsiz qulaqlıqlar bir qadcetdə

11 Fervral 2020 - 17:12 | Maraqlı məlumatlar
“Ağıllı” saat və simsiz qulaqlıqlar bir qadcetdə, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Bir qadcetdə “ağıllı” saat və simsiz qulaqlıqları birləşdirmək ideyası “TWS” qulaqlıqlarının hazırlanması üzrə ixtisaslaşmış “Wristbuds” Çin şirkətinin mütəxəssislər komandasına məxsusdur.

techcult.ru saytının məlumatına görə, “Wristbuds” fitnes məşqləri, sağlamlıq vəziyyətinə nəzarət, musiqinin işə salınması və telefon zənglərinin qəbulu funksiyalarına malik “ağıllı” saatdır. Lakin o, eyni zamanda simsiz qulaqlıqlar üçün enerji ilə doldurma funksiyası olan futlyardır. Qulaqlıqlar isə qrafen əsaslı xüsusi membranla təchiz edilməsi ilə fərqlənir.

Qurğunun yuxarı qatlanan qapağı həm də ekrandır və onun altında enerji ilə yükləmə yuvalarında qulaqlıqlar saxlanılır. “Wristbuds” 1000-dən çox MP3 formatlı musiqi əsərinin saxlanması üçün nəzərdə tutulmuş “instore 4G” yaddaş kartları ilə işləyir. Qulaqlıqların konstruksiyasında istehsalçılar kənar səs-küyün filtrasiyası alqoritmlərinə malik CVC texnologiyasından istifadə ediblər. Qadcetdə “Bluetooth 5” protokolu üzrə əlaqə dəstəklənir.

“Wristbuds” 140 milliamper/saat tutumlu qida mənbəyi ilə təchiz edilib. O, 1 saat ərzində enerji ilə doldurulduqdan sonra 4 gün işləyir. 8-10 milliamper/saat istehlak edən qulaqlıqların hər biri 26 milliamper/saat tutumlu akkumulyatora malikdir.

Şirkət artıq “Kickstarter” platformasında “Wristbuds” üçün vəsait toplanması zamanı 6129 dollar əldə edib. Dəsti aprel ayından etibarən dünyanın istənilən yerindən 79 dollara sifariş etmək mümkün olacaq.

Xatırladaq ki, “Dyson” hava təmizləyicisi olan simsiz qulaqlıqları təqdim edib“Dyson”un patentləşdirdiyi qulaqlıq içərisində havanı özü təmizləyən və dəqiqədə təxminən 12 min dövriyyə fırlanma sürəti ilə hava axını yaradan filtrə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.