Azərbaycan aliminin elmi ekspertiza fəaliyyəti yüksək qiymətləndirilib

26 İyul 2024 - 10:18 | Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Systems and Soft Computing” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Systems and Soft Computing” jurnalında yumşaq hesablamaların real sistemlərə tətbiqi metodlarının təşviqinə ilə bağlı məqalələör dərc olunur. Tədqiqat mövzularına əsasən qeyri-səlis məntiq, neyron şəbəkələri, təkamül və bio-ruhlandırılmış hesablamalar, təlim nəzəriyyəsi, ehtimal nəzəriyyəsi, hibrid üsullar və kobud çoxluqlar və s. aiddir. Jurnalda yumşaq hesablama metodlarının kompüter elmləri, mühəndislik, istehsalat, təchizat zənciri, logistika, biotibb, səhiyyə, məlumatların təhlili və böyük məlumat analitikasında tətbiqləri ilə bağlı tədqiqatların nəticələri də dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.