Kiberfiziki infrastrukturun formalaşması və intellektual analizi texnologiyaları araşdırılacaq Fevral 06, 2020 | 10:51 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin 2020-ci il üzrə fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən şöbə müdiri Şakir Mehdiyev cari ildə nəzərdə tutulan elmi-tədqiqat işləri haqqında məlumat verdi.

O, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədqiqatların bu il də davam etdiriləcəyini diqqətə çatdırdı.

Şöbə müdiri kiberfiziki sistemlərdə texniki xidmətin arxitektur-texnoloji prinsiplərinin araşdırılması, Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiberfiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi məsələlərin tədqiqinin də nəzərdə tutulduğunu qeyd etdi. Bildirdi ki, “Dew computing:  mövcud vəziyyəti və perspektivləri”, eləcə də “Videomüşahidə sistemlərinin arxitektur və texniki əsasları” araşdırılacaq.

Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görüləcək işlərdən bəhs edərək vurğuladı ki, cari ildə AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” qrant layihəsinin tədqiqatı aparılacaq. Direktor müavini bununla yanaşı, cari ildə AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə mühəndis və proqram xidmətlərinin yerinə yetirilməsi, təmir-sazlama və onların texniki imkanlarının artırılması işlərinin həyata keçiriləcəyini bildirdi.

O, həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işləri nəzərə çatdırdı.

Sonda fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı