İnstitutun əməkdaşı nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb Fevral 04, 2020 | 11:51 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova elmi ekspertiza fəaliyyətinə görə “Directory of Open Access Journals” (DOAJ) və “Google Scholar” kimi dünyaca məşhur verilənlər bazaları tərəfindən indeksləşən “The journal of Soft Computing in Civil Engeneering (SCCE) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.

SCCE 2017-ci ildə təsis edilmiş beynəlxalq səviyyəli açıq (onlayn) jurnaldır. Jurnalın əsas elmi istiqamətlərinə mülki mühəndislikdə yumşaq hesablama metodlarının tətbiqi, struktur mühəndisliyi, diaqnostika və sağlamlıq monitorinqi, hidrotexnika, geotexnika, nəqliyyat, ətraf mühit, sahil və okean mühəndisliyi daxildir. SCCE ildə 4 dəfə nəşr olunur.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

No. of Citations (WOS): 39

No. of Citations (Scopus): 64

Scopus h-index: 5

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı