Rasim Mahmudov: “Dünya İqtisadi Forumu Bakı regional mərkəzinin fəaliyyətində institut əməkdaşlarının tədqiqatları xüsusi əhəmiyyətə malik olacaq” Yanvar 23, 2020 | 03:32 / Konfranslar, iclaslar

Bu gün keçirilən Elmi şuranın iclasında institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov Bakıda Dünya İqtisadi Forumunun regional mərkəzinin yaradılması haqqında məruzə ilə çıxış etdi.

Dünya İqtisadi Forumunun yaranma tarixi, Foruma üzv olan şirkət və təşkilatlar barədə məlumat verən şöbə müdiri Forumda dünyanın ən kəskin siyasi, sosial-iqtisadi, ekoloji, tibbi və s. problemlərinin müzakirə olunduğunu, 2013-cü ildə Bakıda Davos Forumunun regional görüşünün keçirildiyini vurğuladı.

R.Mahmudov 21 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası və Dünya İqtisadi Forumu arasında niyyət protokolu imzalandığını xatırladaraq, bu protokola əsasən, Bakıda Dünya İqtisadi Forumunun Regional Mərkəzinin yaradılacağını qeyd etdi. Bildirdi ki, mərkəzin açılmasında məqsəd ölkəmizdə IV sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Şöbə müdiri Dünya İqtisadi Forumunun analitik fəaliyyəti, Forumun mövcud regional mərkəzləri və bu mərkəzlərin missiyasını diqqətə çatdırdı. Bildirdi ki, yeni texnologiyaların effektli tətbiqi və onlardan gəlirlərin əldə edilməsini sürətləndirmək, riskləri minimuma endirmək, bunun üçün dövlət-özəl sektor əməkdaşlığına nail olmaq regional mərkəzlərin əsas məqsədidir: “Dövlət orqanları, akademik qurumlar, universitetlər, digər tədqiqat mərkəzləri, eləcə də biznes qurumları, qeyri-kommersiya təşkilatları isə regional mərkəzlərdə əməkdaşlıq subyektləri hesab olunur”.

IV sənaye inqilabının texnoloji və sosial-iqtisadi trendləri barədə danışan R.Mahmudov institutda süni intellekt, Əşyaların İnterneti, Big Data, bulud, 3D-çap, bloqçeyn texnologiyaları istiqamətlərində araşdırmaların aparıldığını, bu tədqiqatların dərindən araşdırıldığını bildirdi. Bakıda yaradılacaq regional mərkəzin fəaliyyətində institut əməkdaşlarının tədqiqatlarının xüsusi əhəmiyyətə malik olacağını vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı