İnfraqırmızı lazer xəstəlikləri insanın nəfəsinə görə aşkar edəcək

03 Dekabr 2019 - 15:51 | Maraqlı məlumatlar
İnfraqırmızı lazer xəstəlikləri insanın nəfəsinə görə aşkar edəcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Rusiyanın Ural Federal Universiteti yaxın zamanda xəstəliklərin insanın verdiyi nəfəs üzrə diaqnostikasında tətbiq edilən infraqırmızı lazer şüasının əldə olunması üçün qurğuların yaradılması texnologiyasını təqdim edəcək. Ekspertlər layihə çərçivəsində prosesin bütün mərhələlərini qeydə almağa imkan verəcək yüksək sürətli videokameradan istifadə edirlər.

Layihənin rəhbəri Andrey Axmatxanov bildirib ki, texnologiya orta infraqırmızı diapazon sahəsində şüanın əldə olunması və idarə edilməsi üçün qurğuları yaratmağa imkan verəcək. Belə mənbələr xəstəliklərin insanın verdiyi nəfəsin analizi üzrə diaqnostikası, magistral boru kəmərlərindən qaz sızmalarının məsafədən aşkarlanması, optik rabitə kanallarının ötürmə sürətinin artırılması üçün tətbiq edilə bilər.

meddaily.ru saytının məlumatına görə, elektrik sahəsinin təsiri altında olan litium niobat kristalları tədqiq olunacaq. Bu kristallar yeni lazer şüası mənbələrinin yaradılması üçün geniş istifadə edilir. Belə dəyişikliyin maksimal effektivliklə getməsi üçün kristalın daxili strukturunu çox dəqiqliklə idarə etməyi bacarmaq lazımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.