Sosial şəbəkələrdəki fərdi məlumatların təhlükəsizliyi problemləri araşdırılıb Noyabr 22, 2019 | 12:51 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin bu gün keçirilən elmi seminarında institutun böyük elmi işçisi Mərziyə İsmayılova “Sosial şəbəkələrdə fərdi məlumatların təhlükəsizliyi problemləri və qorunma tədbirləri” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, müasir dövrdə fərdi məlumatların təhlükəsizliyini təmin etmək ehtiyacı obyektiv reallıqdır. statista.com saytının  məlumatına görə, dünyada aktiv sosial media istifadəçilərinin sayının 2020-ci ilə qədər 2,96 milyarda çatacağı gözlənilir ki, bu da bütün dünya əhalisinin təxminən üçdə birini təşkil edir. Bu baxımdan sosial şəbəkələrdə məxfiliyin qorunması kritik məsələlərdən biridir.

Məruzəçi fərdi məlumatların qorunması haqqında ABŞ-ın, Avropa İttifaqının, Rusiya və Azərbaycanın qəbul etdiyi bir sıra qanunvericilik aktlarını diqqətə çatdırdı, müxtəlif sosial şəbəkə saytlarının tarixindən, sosial şəbəkələrdə məxfilik və təhlükəsizlik təhdidləri barədə məlumat verdi. Qeyd etdi ki, sosial şəbəkələrə edilən təhdidlər multimedia kontentinə aid olan, ənənəvi, sosial, uşaq təhlükəsizliyi üçün təhdidlər olmaqla dörd kateqoriyaya bölünür. O, ənənəvi təhdidlərin klassik və müasir tipindən geniş danışdı.

M.İsmayılova klikləmə, saxta profil, şəxsiyyət profilinin klonlanması, istifadəçi profillənməsi, kiber təcavüz, coğrafi məkan sızması, insanın siyasətdə, iqtisadiyyatda və vətəndaş cəmiyyətində ünsiyyətliliyi və sosial rolundan fərqli olaraq yeni bir monitorinq növü olan “Surveillance” kimi müasir təhdidlər barədə ətarflı məlumat verdi.

M.İsmayılova qeyd etdi ki, sosial şəbəkələrdə məxfiliyin qorunması üzrə görülən işlər qənaətbəxş deyil. Onun sözlərinə görə, hazırda “Clickjacking”, “fake profiles”, “identity clone attacks” “information ieakage”, “cyberstalking”, “location leakage” və s. kimi müasir təhdidlər mövcuddur və bu təhdidlərdən qorunmaq üçün bir sıra məxfilik parametrləri, antivirus və anticasus proqram təminatı, üçüncü tərəf tətbiqləri, fərdi, məkan haqqında məlumatlar kimi qorunma tədbirlərindən istifadə etmək zəruridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı