Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri tədqiq olunub Noyabr 01, 2019 | 12:19 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin 2019-cu il üzrə hesabatı müzakirə olundu. Şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova şöbənin elmi-tədqiqat fəaliyyəti, elmi seminarlarda və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülən işlər haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, “Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri” mövzusu üzrə şəbəkə trafikində DoS hücumların aşkarlanması üçün model işlənilib, böyük sosial media məlumatlarında milli təhlükəsizliyə təhdidlərin aşkarlanması üçün text mining yanaşması, sosial şəbəkə məlumatlarının sentiment analizi üçün dərin təlim modeli işlənilib, dərin təlimin elmi-nəzəri problemləri tədqiq edilib. Bundan əlavə, böyük həcmli verilənlərdə axtarış sistemlərinin effektivliyinin artırılması üçün alqoritmlər işlənilib, İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı  problemlər araşdırılıb.

O, şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən söz açaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən qalib elan edilən “Deep Learning əsasında neft-mədən verilənlərin analizi üçün metod və alqoritmin işlənməsi” qrant layihəsində iştirak edildiyini vurğuladı.

M.Hacırəhimova, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, “EBSCO”, “Google Scholar”, “CrossRef”, “İNSPEC”, “SCOPUS” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşən nüfuzlu jurnallarda 7 məqalənin nəşri, çapa təqdim etdiyi məqalələr, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verdi. 

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatına dair fikirlərini səsləndirdi. Alim tədqiqatların daha da dərinləşdirilməsini və elmi-nəzəri fəaliyyətin gücləndirilməsini tövsiyə etdi.

Hesabata dair müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı