AzScienceNet şəbəkəsinin imkanlarının genişləndirilməsinə dair müşavirə keçirildi Oktyabr 30, 2019 | 04:13 / Konfranslar, iclaslar

Bu gün AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun AzScienceNet elm-kompüter şəbəkəsi və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarının iştirakı ilə AzScienceNet şəbəkəsinin imkanlarının genişləndirilməsinə dair müşavirə  keçirildi.

Müşavirədə çıxış edən institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev GEANT-ın eduGAİN xidmətinin Azərbaycanda tətbiqi üçün görülən işlərdən bəhs etdi. Bildirdi ki, bu məqsədlə cari ilin 1-5 iyul tarixlərində Litvanın bu sahədə təcrübəli mütəxəssisləri tərəfindən AzScienceNet şəbəkəsinin əməkdaşlarına treninqlər keçirilib. O, bununla yanaşı, yaxın zamanda AzScienceNet əməkdaşları üçün Juniper şəbəkə avadanlıqları və onların əməliyyat sistemlərindən istifadəyə dair kursların təşkilinin həyata keçiriləcəyini qeyd etdi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə quraşdırılmış LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin rəsmi açılış mərasiminin təşkili istiqamətində işlərin görüldüyünü diqqətə çatdırdı.

B.Nəbiyev GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində cari ildə görülən işlər haqqında məlumat verdi. Bildirdi ki, AzScienceNet elm kompüter şəbəkəsi 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil edir.

AzScienceNet-in ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyən məruzəçi AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırdı. Bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, artıq ölkənin 18 təhsil müəssisəsi də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.

Təhsil Nazirliyinin AzEduNet şəbəkəsinin AzScienceNet şəbəkəsinə inteqrasiyası istiqamətində işlərinin genişləndirildiyini söyləyən B.Nəbiyev təklif olunan 1 Gbit/san İnternet trafikdən 700 Mbit/san sürətin AzEduNet şəbəkəsinə təqdim olunduğunu diqqətə çatdırdı. Şöbə müdiri ümumilikdə təklif olunan 1Gbit/san trafikin 80%-ə qədərinin səmərəli istifadə olunduğunu vurğuladı.

Məruzəçi bildirdi ki, eduGAIN və eduROAM xidmətləri ilə bağlı məsul əməkdaşlara treninqlər təşkil olunub və müəyyən sazlama işləri aparılmışdır: “Hazırda eduGAIN-nın istifadəyə verilməsi üçün işlər aparılır”.

B.Nəbiyev EapConnect layihəsi çərçivəsində İnternet sürətinin 3Gbit/san, ehtiyat xəttinin isə 1Gbit/san sürətə çatdırılması üçün görülən işlər haqqında da məlumat verdi.

Məruzəçi EapConnect  layihəsi çərçivəsində GEANT təşkilatının nümayəndələri ilə hesabat xarakterli  görüşlərin  keçirilməsi  və  yeni  şəbəkə avadanlıqlarının alınması istiqamətində aparılan müzakirələrdən söz açdı, EapConnect layihəsi çərçivəsində telekommunikasiya avadanlıqlarının alınması üçün tender sənədlərinin hazırlanması işlərinin həyata keçirildiyini dedi.

O, qeyd etdi ki, bununla yanaşı, GEANT tərəfindən təşkil olunan konfranslarda, iclaslarda, görüşlərdə, treyninqlərdə mütəmadi olaraq iştirak edilib, o cümlədən sentyabrın 12-də Gürcüstanın Tbilisi şəhərində bu ölkənin Elm və Təhsil Şəbəkəsinin (GRENA), həmçinin oktyabrın 20-də keçirilən Moldova Tədqiqat və Təhsil Şəbəkələşmə Assosiasiyasının (Research and Educational Networking Association of Moldova, RENAM) 20 illik yubileyində iştirak edilib, “EaPConnect 2” layihəsinin növbəti 5 il üçün təsdiq olunmasına dair hazırlıq işləri görülüb.

“EaPConnect E-İnfrastructure Conference”a (EaPCEC 2020-Baku) hazırlıq işlərinə başlanıldığını deyən B.Nəbiyev bu məqsədlə 6-7 noyabr 2019-cu il tarixlərində GEANT-ın nümayəndə heyəti ilə Bakıda ilk görüşün keçirilməsinin nəzərdə tutulduğunu vurğuladı.

“İnformasiya texnologiyaları problemləri” jurnalının məsul redaktoru, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova “İnformasiya texnologiyaları problemləri”, eləcə də “İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnallarının təkmilləşdirilməsinə dair görülən işlər haqqında məlumat verdi.

Z.Cəbrayılova jurnalların beynəlxalq bazalara daxil edilməsi istiqamətində işlərin davam etdirildiyini qeyd edərək bildirdi ki, hazırda jurnallar “Index Copernicus”, “Google Scholar”, “CiteFactor”, “Eurasian Scientific Journal Index”, “Research Bib” və “DRJİ” bazalarda indeksləşir. Jurnalın məsul redaktoru qeyd etdi ki, jurnalların müvafiq axtarış sistemlərində yaxşı tanınmasını təmin etmək üçün texniki problemlərin həlli, həmçinin beynəlxalq reyestrlərə inteqrasiyasının gücləndirilməsi istiqamətində işlər aparılır. Z.Cəbrayılova, həmçinin jurnalların ingilis dili versiyaları üçün yerinə yetirilən tərcümə işlərinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdırdı.

Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı