Elmi necə qiymətləndirmək olar və bu qiymətləndirmə nəyə lazımdır? Oktyabr 25, 2019 | 12:49 / Konfranslar, iclaslar

Bu gün “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı”nda (AICT 2019) AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və institutun Gənc alim və mütəxəssislər şurasının sədri Nərmin Adıgözəlovanın həmmüəllifi olduqları “Elmi tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün təklif olunmuş h-uzantı və A-uzantı indeksləri” adlı məruzə dinlənilib.

Çıxış edən N.Adıgözəlova diqqətə çatdırıb ki, elmi nəşrlərin sayının sürətlə artdığı bir zamanda tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi mühüm məsələyə çevrilib. Elmin qiymətləndirilməsi elmin keyfiyyətini və inkişafını təyin etmək üçün zəruridir.

O, diqqətə çatdırıb ki, 2005-ci ildə Jorge Hirsch tərəfindən alimlərin qiymətləndirilməsi üçün h-indeksi təklif olunub. Hazırda h-indeksi təkcə fərdi təqdiqatçıların deyil, tədqiqat qruplarının, elmi təşkilatların və ölkələrin qiymətləndirilməsi üçün də istifadə olunur.

Nərmin Adıgözəlovanın sözlərinə görə, alimin elmi fəaliyyəti davam etdikcə onun  h-indeksi artır və heç vaxt azalmır.

Məlumdur ki, h-indeksinin əsas mahiyyəti ondan ibarətdir ki, alim elə məqalə yazmalıdır ki, onun həm sayı çox olsun, həm də hər bir məqaləsi kifayət qədər istinad alsın.

Məruzə etdiyi mövzu ətrafında apardıqları tədqiqat işi haqqında geniş məlumat verən gənc alim vurğulayıb ki, h-indeksinin müsbət və mənfi cəhətləri analiz olunub və bir sıra tədqiqatçılar tərəfindən h-indeksinin bir sıra modifikasiya olunmuş variantları təklif edilib. Lakin təklif edilən indekslər yalnız h-nüvəsinə daxil olan məqalə və istinadlar haqqında məlumatı əks etdirir.

H-indeksinə daxil olmayan, yəni onun h-uzantı hissəsini əhatə edən məqalələrin keyfiyyətini, istinadların vəziyyətini necə müəyyən etmək olar?  Araşdırmalardan göründüyü kimi, təklif olunan h-uzantı indekslərində məqalələrin aldığı istinadların necə paylandığı haqqında məlumat almaq mümkün deyil.

Bu səbəbdən məruzəçi tədqiqat işində h-uzantı indeksini və h-uzantıdakı istinadlarının orta sayını nəzərə alan indekslər təklif edib. O, çıxışında təklif edilən indekslərin nümunələr əsasında izahını verib.

N.Adıgözəlova vurğulayıb ki, təklif olunan h-tail indeksinin üstünlüyü, onun h-uzantı hissəsində olan məqalələrin keyfiyyəti, yəni, h-nüvəsindən kənarda olan məqalələrin aldığı istinadların paylanmasını əks etdirməsidir. Həmçinin, h-uzantındakı istinadların sayı ilə h-nüvəsində olan istinadların kvadratları cəmi alimin ən azı nə qədər istinad alması haqqında məlumat verir. Təklif olunan A-tail indeksi isə h-uzantı hissəsində olan bir məqaləyə düşən orta istinad sayını müəyyən edir.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı