Tesla Roadster Günəş ətrafında ilk dövrəsini başa vurub

20 Avqust 2019 - 09:49 | Maraqlı məlumatlar
Tesla Roadster Günəş ətrafında ilk dövrəsini başa vurub, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

2018-ci ildə Falcon Heavy raketində kosmosa göndərilən Tesla Roadster və robot maneken Starman Günəş ətrafında ilk dövrəni 557 gün ərzində başa vurublar.

hightech.fm saytı xəbər verir ki, mütəxəssislər ilkin mərhələdə robotun kosmosda yalnız 58 000 km. məsafəni qət edə biləcəyini gözləyirdilər. Lakin, Tesla Roadster artıq 122 milyon km. ərazidən keçib.

Qeyri-adi kosmik obyektin bu yaxınlarda Marsa çatacağı gözlənilir. Onun hərəkət trayektoriyasını www.whereisroadster.com veb saytından mütəmadi izləmək mümkündür. Saytın verdiyi məlumata görə, hazırda Tesla Roadster Yerdən 298,628,191 km. məsafədədir. 

Tesla Roadster təxminən 121 min km/saat sürətlə hərəkət edir. İlkin hesablamalara görə, Roadster Yerə ən yaxın nöqtəyə 2020-ci il noyabr ayının 5-də çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.