İnstitutun Tədris-İnnovasiya Mərkəzinin müdiri “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb İyul 23, 2019 | 09:16 / Mühüm hadisələr

Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, elm və təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə, AMEA-nın elmi müəssisə və təşkilatlarının bir qrup əməkdaşı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova döş nişanına layiq görülənlər sırasındadır.

Qeyd edək ki, R.Mahmudova 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirib və həmin ildən Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. O, 1990-2003-cü illərdə mühəndis, proqramçı mühəndis, aparıcı proqramçı, elmi işçi vəzifələrində çalışıb. Həmin illərdə müxtəlif təyinatlı informasiya sistemlərinin layihələndirilməsi və proqram təminatının yaradılması işləri ilə məşğul olub. 

2004-cü ildən institutun Tədris-İnnovasiya Mərkəzində çalışır. Təhsil proseslərinin informasiyalaşdırılması problemləri istiqamətində – təhsil mühitində informasiya mədəniyyətinin formalaşdırılması, elektron tədris resurslarının yaradılmasının texnoloji əsaslarının işlənməsi, müəllimlərin İKT hazırlığının artırılması məsələləri ilə məşğul olur. 

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı, 2017-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.

İnstitutun kollektivi Rəsmiyyə Mahmudovanı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması münasibətilə təbrik edir, ona fəaliyyətində yeni nailiyyətlər arzulayır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı