“Proqramlaşdırmanın elmi-texnoloji əsasları” adlı ekspress-informasiya nəşr olunub May 30, 2019 | 02:11 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın müəllifi olduğu “Proqramlaşdırmanın elmi-texnoloji əsasları” adlı ekspress-informasiya nəşr olunub. Kitabın elmi redaktoru Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (Vyana) “Proqram təminatının yaradılması” bölməsinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracovdur.

Kitabda proqramlaşdırma və proqramlaşdırma dillərinin elmi-nəzəri əsasları və s. haqqında məlumat verilib. Alqoritmlər nəzəriyyəsinin, evristik alqoritm və alqoritmik təfəkkürün xüsusiyyətləri aydınlaşdırılaraq onların proqramlaşdırmada istifadə mexanizmi izah edilib. Proqramlaşdırma dillərinin effektivliyinin qiymətləndirilməsi üçün müəyyən edilmiş kriteriyalar əsasında alqoritm işlənilib, həmçinin proqram təminatının məhsuldarlığı təhlil edilərək problemləri araşdırılıb.

 Proqram təminatının məhsuldarlığının artırılması üsulları  və müxtəlif məsələlərin həlli üçün riyazi və mühəndislik yanaşmaları və modelləri təhlil olunub. Məhsuldarlığı artıran ən yaxşı proqram təminatlarının təhlili aparılarkən proqram təminatının optimallaşdırılması məsələsinə toxunulub. Proqram təminatının məhsuldarlığının artırılmasının konseptual modeli işlənilib. İşdə proqram təminatının yaradılmasının texnoloji prosesinin təşkili üsulları analiz edilib.  

 Ekspress-informasiya ali məktəb tələbələri, müvafiq ixtisas üzrə çalışan mütəxəssislər və tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulub. 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı