Terminologiyanın idarəolunması alətləri tədqiq olunub May 29, 2019 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

“Terminologiyanın idarəolunması alətləri” adlı məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko terminologiyanın idarəolunmasının üstünlüklərindən danışdı, onun idarəolunması üçün parametrlərin analizi haqqında məlumat verdi. O, terminologiyanın idarəolunmasının terminlərin düzgün istifadəsini təmin edən hərəkətlər toplusu olduğunu diqqətə çatdırdı.

S.Fomenko qeyd etdi ki, tərcümədə terminologiyadan istifadə üzrə müzakirələrə 1980-ci illərin ikinci yarısında başlanılıb, 21-ci əsrin başlanğıcında isə bu mövzu yenidən aktuallıq kəsb edib. Tərcüməyə hazırlıq üçün tematik və linqvistik hazırlıq, eləcə də tərcüməyə və interpretasiyaya hazırlıq mərhələlərinin ayırd edildiyini deyən məruzəçi qeyd olunan mərhələlərin hər biri barədə ətraflı məlumat verdi.

“Proqram təminatına dair tələblər baxımından cəmiyyətin interpretasiyası üçün terminologiyanın idarəolunması aləti olan bir neçə atribut müəyyən edilir”, – deyə bildirən bu atributlara məruzəçi sürətli və intuitiv konsultasiya, interpretasiya zamanı və ya ondan dərhal sonra terminoloji qeydin yenilənməsi imkanı, baza strukturunun müəyyən olunması üçün seçim azadlığı, tərcüməçinin tələblərindən asılı olaraq məlumatların filtrasiyasının bir neçə üsulundan istifadənin aid edildiyini vurğuladı.

O, terminologiyanın idarəolunması üçün istifadə olunan “Glossary Assistant”, “Interplex”, “InterpretBank”, “Interpreters Help”, “Lookup”, “Terminus” alətləri barədə danışdı, onların üstün və çatışmayan cəhətlərini təqdim etdi, proqram təminatına dair tələblər, istifadə olunan məlumat bazası, axtarış sistemi haqqında məlumat verdi.

Onun sözlərinə görə, idarəetmə alətlərinin qiymətləndirilməsi parametrlərini müxtəlif aspektlərdən asılı olaraq proqram təminatının funksiyaları, alətdən istifadə rahatlığı, alətin axtarış funksiyası, məlumat bazasının dizaynı və qeydlərin funksiyaları kimi qruplara ayırmaq olar.

Sonda S.Fomenko qeyd etdi ki, tərcümələrin idarəolunması alətləri tərcüməçilərin işində xüsusi əhəmiyyət kəsb edir. Bu alətlərin ekspert biliklərinin saxlanılması, təsnifatı və sürətli çıxarılmasına imkan yaratdığını bildirən məruzəçi onların tərcüməçilərə daha effektiv işləməyə kömək etdiyini diqqətə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı