“İnformatika. 1111 test” adlı vəsait nəşr olunub May 16, 2019 | 01:57 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova və institutun böyük elmi işçisi Rəhilə Həsənovanın həmmüəllifi olduqları “İnformatika. 1111 test” adlı vəsait nəşr olunub.

Doktorant və dissertantlara tədris olunan İnformatika fənninin dərs proqramına uyğun olaraq hazırlanmış kitab onların doktorluq imtahanlarına hazırlaşmasına kömək məqsədi daşıyır. Həmçinin dövlət qulluğuna və magistraturaya hazırlaşanlar, orta və ali təhsil müəssisələrinin şagird, tələbə və müəllimləri də bu vəsaitdən yararlana bilərlər.

“İnformasiya texnologiyaları” nəşriyyatı tərəfindən çap olunan vəsait “İnformatika elmi və onun vəzifələri”, “Kompüterlər”, “Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları”, “Kompüter şəbəkələri”, “İnternet”, “Verilənlər bazası. Biliklər bazası. Ekspert sistemləri”, “İnformasiya cəmiyyətinin əsasları”, “Vikipediya və onun imkanları”, “İnformasiya təhlükəsizliyi. Elektron imza”, “Elmmetriya” və digər mövzular üzrə test tapşırıqlarını əhatə edir.

Kitabın elmi redaktorları institutun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və institutun mühəndis-proqramlaşdırıcısı Aytən Əliyevadır

Qeyd edək ki, vəsait İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı