İnstitutun əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib Aprel 22, 2019 | 02:21 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova  “Бионика интеллекта” elmi-texniki jurnalının redaksiya heyətinin üzvü seçilib.

1967-ci ildən Xarkov Milli Radioelektronika Universiteti tərəfindən dərc olunan jurnalda informatika və kibernetikanın nəzəri əsasları, intellekt nəzəriyyəsi, riyazi modelləşdirmə, sistemli analiz, qərarların qəbulu, informasiyanın intellektual emalı, obrazların tanınması, informasiya texnologiyaları və proqram-texniki kompleksləri, tətbiqi və riyazi linqvistika, eləcə də digər istiqamətləri əhatə edən məqalələr nəşr olunur.

Qeyd edək ki, jurnal “Google Scholar”, “Microsoft Academic”, “Academia”, “İndex Copernicus”, “ResearchGate” və s. bazalarda referatlaşır və indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı