Süni intellekt sistemi yeni ədviyyatların hazırlanmasına kömək edir

12 Fervral 2019 - 14:45 | Maraqlı məlumatlar
Süni intellekt sistemi yeni ədviyyatların hazırlanmasına kömək edir

ABŞ-ın kulinariya ədviyyatları istehsalçısı “McCormick & Company” şirkəti məhsullarının çeşidini genişləndirmək üçün süni intellekt texnologiyalarını tətbiq edib.

robo-hunter.com saytının məlumatına əsasən, süni intellekt sistemi “McCormick” məlumat bazasını təhlil edir, dadlar haqqında informasiyanı, satılan məhsulun tərkibini araşdırır. Proqram bu kimi məlumatlara əsaslanaraq, ədviyyatlar üçün yeni tərkib təklif edir.

Süni intellekt sisteminin köməyi ilə hazırlanmış ilk ədviyyatlar 2019-cu ilin ikinci yarısında satışa çıxarılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.