GEANT Assosiasiyası xidmətlərinin təşkili istiqamətində işlər görülür Yanvar 23, 2019 | 10:50 / Konfranslar, iclaslar

Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri Babək Nəbiyev rəhbərlik etdiyi şöbənin fəaliyyət planı ilə bağlı çıxışında məlumat verdi. B.Nəbiyev öncə şöbədə 2018-ci il ərzində görülmüş işləri diqqətə çatdırdı. O, institutun müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq etdiyini, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak etdiyini, ölkəmizdə və xaricdə beynəlxalq konfranslar, təlimlər təşkil edildiyini, institut əməkdaşlarının xarici alimlərlə birgə elmi tədqiqatlar apardığını bildirdi. Bununla yanaşı, bir sıra beynəlxalq təşkilatlar və 50-dən çox ölkənin elmi qurumları ilə əməkdaşlıq edildiyini diqqətə çatdıran B.Nəbiyev 5 ölkədən 10 alim və mütəxəssis ilə institutda görüşün keçirildiyini, institutun 11 əməkdaşının 18 xarici səfərdə olduğunu, 52 xarici doktorant və disssertantın İnformatika kursunda iştirak etdiyini bildirdi.

Məruzəçi GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində 2018-ci il ərzində müxtəlif beynəlxalq layihələrin həyata keçirildiyini bildirdi, elmi jurnalların beynəlxalq bazalarda indeksləşməsi, eləcə də şöbələr üzrə beynəlxalq əlaqələr və əməkdaşlıq istiqamətində görülmüş işləri diqqətə çatdırdı.

B.Nəbiyev şöbənin fəaliyyət planının təqdim edərək qeyd etdi ki, institutun beynəlxalq əlaqələrinin təşkili və aidiyyatı qurumlarla işlərin aparılması, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi ilə əlaqələrin yaradılması, konfransların və xarici qonaqlar ilə görüşlərin təşkilində iştirak, konfrans iştirakçıları ilə əks əlaqənin yaradılması cari ildə görüləcək işlər sırasındadır.

Şöbə müdirinin sözlərinə görə, cari ildə GEANT Assosasiyası ilə əməkdaşlıq əlaqələri davam etdiriləcək, GEANT xidmətlərinin (eduGAİN, eduVPN, perfSonar, fileSENDER və s.) təşkili işləri aparılacaq, EaPConnect layihəsi çərçivəsində layihə rəhbərləri ilə mütəmadi görüşlər keçiriləcək. Bununla yanaşı, EaPConnect2 layihəsi çərçivəsində layihə rəhbərlərinə aidiyyatı məlumatlar təqdim olunacaq, 2020-ci ildə Azərbaycanda təşkil olunacaq “EaPConnect” konfransına hazırlıq işləri aparılacaq.

Fəaliyət planı ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı