“Verilənlərin sanitarizasiyası: müasir vəziyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb Dekabr 20, 2018 | 10:25 / Yeni nəşrlər

“İnformasiya Texnologiyaları” nəşriyyatında “Verilənlərin sanitarizasiyası: müasir vəziyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb. Yeni nəşrin həmmüəllifləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  və institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyevadır. Kitabın elmi redaktoru institutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımovdur.

Ekspress-informasiyada verilənlərin sanitarizasiyasının mövcud metod və alqoritmləri, imkanları, məqsəd və vəzifələri araşdırılıb. Kitabda verilənlərin sanitarizasiyasının elmi-nəzəri problemləri analiz olunub, aparat və proqram vasitələrinin iş prinsipi şərh edilib, eləcə də bu sahədə mövcud yanaşmalar, hüquqi mexanizmlər və standartlar təhlil olunub.

Ekspress-informasiyada mövcud aktual problemlərin həlli ilə əlaqədar bir sıra təklif və tövsiyələr irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı