Sabirə Səfəralı qızı Ocaqverdiyeva Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsini bitirmişdir. 1998-ci ildən AMEA İnformasiya Telekommunikasiya Elmi Mərkəzində fəaliyyətə başlamışdır.

1998-2005 – cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması işlərini həyata keçirən şöbədə proqramçı vəzəfəsində çalışmışdır. AMEA-nın  www.science.az  portalının  yaradılmasında iştirak etmişdir. 

2005-2017 illərdə İnstitutun Tədris-İnnovasiya Mərkəzində proqramçı, sonra isə tədrisin təşkili işləri üzrə sektor müdiri vəzifəsində çalışmış, Tədris-İnnovasiya Mərkəzində respublikanın doktorant və dissertantları haqqında toplanmış məlumatlar əsasında  analitik təhlillər aparmışdır.

2003-cü ildən Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda 3339.01 – İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi ixtisası üzrə “Uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Hazırda uşaqların internetdə informasiya  təhlükəsizliyinin təmin edilməsi üçün milli ekosistemin işlənməsi və digər istiqamətlərdə tədqiqatlarını davam etdirir.

Şöbənin baş mütəxəssisi vəzifəsində çalışır.  

Elmi əsərləri haqqında məlumat.

  

Xidməti tel.: (994 12) 5387109
Elektron poçtu: sabiraas@list.rusabira@iit.science.az