İnformasiya Texnologiyaları İnstitutunda ixtisas üzrə doktorluq imtahanı keçirildi Noyabr 30, 2018 | 04:43 / Mühüm hadisələr

29 noyabr 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanı keçirildi. İmtahanda Sumqayıt Dövlət Universitetinin doktorantı Svetlana Əhmədova iştirak edirdi.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 23 oktyabr 2018-ci il tarixli “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanının qəbul edilməsi üçün İnformasiya Texnologiyaları İnstitutunda komissiya yaradılmışdır.

Komissiyanın sədri, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun elmi katibi Mədinə Səidova, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı