Elektron terminoqrafiyanın müasir elmi-nəzəri problemləri araşdırılır Noyabr 28, 2018 | 11:06 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 5 saylı şöbənin 2018-ci il üçün hesabatı müzakirə olundu. Şöbə müdiri Səyyar Abdullayev hesabatı təqdim edərək yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. Bildirdi ki, cari ildə informasiya texnologiyaları üzrə terminologiya məsələlərinin araşdırılması istiqamətində elektron terminoqrafiyanın müasir elmi-nəzəri problemləri analiz edilmiş, milli terminoloji sistem əsasında terminoloji proseslərin idarə edilməsi problemləri tədqiq olunmuşdur.

Məruzəçi elmi-innovasiya fəaliyyəti çərçivəsində informasiya texnologiyalarının müxtəlif sahələri üzrə toplanmış terminlərin seçilməsi, tərcümə edilməsi və təsnifi, sistemləşdirilməsi, etimoloji mənbəyi və yaranma tarixinin araşdırılması, eləcə də toplanmış terminlər əsasında krosvordların hazırlanması işlərinin həyata keçirildiyini dedi. Onun sözlərinə görə, ən müasir terminlərin toplanması zamanı informasiya texnologiyalarına aid olan jurnal, konfrans materialları ilə yanaşı, “EBSCO”, “EBSCO ebooks”, “ACM DL”, “IEEE CS DL”, “Springer Link”, “Web of Knowledge”, “IOP publishing” elektron kitabxanalarından istifadə olunmuşdur. Şöbə müdiri qeyd etdi ki, əksər hissəsi Big Data, Vikipediya, bioinformatika, elektron tullantılar və proqram mühəndisliyi sahələrinə aid olmaqla 100-ə yaxın termin toplanmışdır.

Məruzəçi  bildirdi ki, hesabat ilində “İnformasiya texnologiyaları üzrə müasir terminlər lüğəti”nin 4-cü hissəsi ekspress-informasiya şəklində çap olunmuşdur.

S.Abdullayev cari il ərzində beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda iştirak edildiyini, tanınmış elmi jurnallarda məqalələrin dərc olunduğunu bildirdi. O, həmçinin, şöbədə elmi-pedoqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği və beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi.

Hesabat ilə bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Elmi Şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı