Tədris-İnnovasiya Mərkəzində ekstern doktorluq imtahanları keçirilib Oktyabr 30, 2018 | 03:17 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda müdafiə ərəfəsində olan doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirilib. İmtahanda 11 doktorant və dissertant iştirak edib.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) elektron test üsulu ilə aparılan imtahanların nəticələri imtahandan dərhal sonra məlum olub.

Minimum imtahanlarına hazırlıq məqsədilə TİM-də doktorant və dissertantlar üçün öncədən kurslar təşkil olunmuş, onlara informatikanın nəzəri və praktiki əsasları tədris edilmiş, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanmışdır. 

Qeyd edək ki, respublikanın bütün doktorant və dissertantlarının informatika fənnindən doktorluq imtahanları bir qayda olaraq, hər il yanvar və iyun aylarında keçirilir. Müdafiə ərəfəsində olan doktorant və dissertantlar üçün isə aprel və oktyabr aylarında növbədənkənar imtahanlar təşkil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı