E-dövlətin idarə olunmasının müxtəlif aspektləri üzrə tədqiqatlar aparılıb İyul 13, 2018 | 03:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2018-ci il üzrə 6 aylıq hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbənin baş mütəxəssisi Rasim Mahmudov müvafiq struktur bölməsində informasiya cəmiyyətinin müxtəlif aspektləri üzrə aparılan elmi-tədqiqat işləri barədə məlumat verdi. Məruzəçi şöbə əməkdaşları tərəfindən “E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənilməsi”, “E-dövlət mühitində vətəndaşların öhdəliklərinin yerinə yetirilməsinin qiymətləndirilməsi metodlarının işlənilməsi”, “Elektron xidmətlərin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi”, “E-dövlət mühitində Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” və s. mövzular üzrə tədqiqatların aparıldığını, araşdırmaların nəticəsi olaraq respublika səviyyəli və beynəlxalq jurnal və konfranslarda məqalələrin nəşr olunduğunu söylədi.

Qeyd etdi ki, cari ildə, həmçinin “Elektron dövlətin təkmil modellərinin analizi və qiymətləndirilməsi”, “Mobil telefon operatorlarında toplanmış məlumatlar əsasında abonentlərin (vətəndaşların) reytinqinin (sosial kapitalının) qiymətləndirilməsi metodu və alqoritmlərinin işlənməsi”, “E-dövlət mühitində Azərbaycan dilinə dair xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması”, “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi”, “Azərbaycan çap jurnalistikası müasir media kontekstində”, eləcə də, “Yeni medianın tədrisi sahəsində dünya təcrübəsinin öyrənilməsi” və “3D-jurnalistikanın formaşması problemləri” mövzuları üzrə araşdırmalar aparılmışdır.

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görülmüş işlərdən danışan R.Mahmudov “Azərbaycan  Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramı”na elmi dəstək verildiyini və Viki-Mərkəzin fəaliyyətinin həyata keçirildiyini qeyd etdi.

Məruzəçi cari ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri”, “Vikipediya virtual ensiklopediyasının monitorinqi və analizi üçün metod və alqoritmlərin işlənilməsi”, “Elm və təhsil müəssisələrində biliklərin qiymətləndirilməsi sisteminin intellektual analizinin metod və alqoritmlərinin yaradılması​” qrant layihələrində, eləcə də, AR Dövlət Neft Şirkətinin Elm Fondunun “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihəsində iştirak edildiyini vurğuladı. Qeyd etdi ki, “Elektron demoqrafiyanın formalaşdırlması və intellektual analizi texnologiyalarının işlənilməsi” və “E-dövlət mühitində Azərbaycan dilinə dair xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması” layihələri həyata keçirilmişdir.

R.Mahmudov, həmçinin şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, institutun fəaliyyətinin KİV-də təbliği və reklam-marketinq işləri çərçivəsində görülmüş tədbirlər haqqında da məlumat verdi.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbənin elmi-tədqiqat fəaliyyətində nəzərdə tutulan istiqamətlərdə araşdırmaların dərinləşdirilməsinin və qrant layihələrdə daha fəal iştirakın vacibliyini qeyd etdi. R.Əliquliyev elmi məqalələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çap olunmasını tövsiyə etdi.

Məruzə ilə bağlı geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı