Şəbəkə mühitində elektron texniki xidmətin təşkili məsələləri araşdırılır Mart 29, 2018 | 02:43 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin 2018-ci il üzrə fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən  şöbə müdiri Şakir Mehdiyev cari ildə nəzərdə tutulan elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədqiqatların bu il də davam etdiriləcəyini diqqətə çatdırdı.

Şöbə müdiri şəbəkə mühitində elektron texniki xidmətin təşkili məsələlərinin araşdırılmasının, ekspert diaqnostik sistemlərində riyazi metodların tətbiq edilməsinin nəzərdə tutulduğunu bildirdi. Həmçinin kvant kompüter və kvant hesablamalar, Əşyaların İnterneti və texniki diaqnostika, pilotsuz uçan aparatların mövcud vəziyyəti, problem və perspektivlərinin araşdırılacağını qeyd etdi.

Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görüləcək işlərdən bəhs edərək  AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması işlərinin nəzərdə tutulduğunu bildirdi. Onun sözlərinə görə, qurumun İnternet infrastrukturunun yeniləməsi və təkmilləşdirilməsi, Tədris mərkəzində dərslərin və imtahanların təşkilinə dair texniki dəstəyin həyata keçirilməsi işləri cari ildə də davam etdiriləcək.

O, həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işləri nəzərə çatdırdı.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı