Fəlsəfə doktoru hazırlığı üçün ixtisas üzrə doktoranturaya qəbul imtahanı keçirildi Fevral 15, 2018 | 03:45 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirildi. İmtahanda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 1, “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə 1 və “Kompüter elmləri” ixtisası üzrə 1 iddiaçı iştirak edirdi.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılmışdır. Komissiyanın sədri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, institutun elmi katibi Mədinə Səidova və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı