Elmi tədqiqatlarda riyazi modelləşdirmədən geniş istifadə olunmalıdır Yanvar 29, 2018 | 03:05 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki Dissertasiya şurasının növbəti iclası keçirildi.

Dissertasiya şurasının sədri, AMEA-nın akademik katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin təqdim edilməsi və kuratorların təsdiqi məsələlərinə həsr olunduğunu bildirdi.

İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Gülnarə Abbasovanın “Qeyri-hamar relyefli ərazilərdə maye təchizatı sistemlərinin optimal idarəetmə model və alqoritmlərinin işlənməsi” və İradə Ələkbərovanın “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işləri təqdim edildi, kuratorlar təyin edilərək təsdiq edildi.

İddiaçı G.Abbasovanın dissertasiya işi üzrə kuratorlar AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova təyin olundu. İddiaçı İ.Ələkbərovanın dissertasiya işi üzrə kuratorlar isə texnika üzrə elmlər doktoru Nadir Ağayev və texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev təyin olundu.

Sonra çıxış edən akademik R.Əliquliyev Azərbaycan elminin dünya elminə inteqrasiyasında riyazi bilik və təfəkkürün  inkişafının vacibliyini vurğuladı. Elmi tədqiqatlarda riyazi modelləşdirmədən daha geniş istifadə edilməsinin, bu sahədə dünya təcrübəsinin öyrənilməsinin zəruriliyini önə çəkdi.

Alim ölkənin orta və ali məktəblərində riyaziyyat fənninin tədrisi ilə bağlı problemlərin mövcud olduğunu, bu məsələnin AMEA rəhbərliyinin də diqqət mərkəzində dayandığını vurğuladı.

Riyazi mədəniyyətin formalaşdırılması istiqamətində kompleks tədbirlərin görülməsinin, müxtəlif seminar və konfransların keçirilməsinin məqsədəuyğun olduğunu bildirən R.Əliquliyev alim və mütəxəssisləri bu prosesdə fəal iştirak etməyə, gənc tədqiqatçılara dəstək olmağa çağırdı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı