Elektron terminoqrafiyanın elmi-nəzəri problemləri araşdırılıb Noyabr 14, 2017 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin 2017-ci il üçün hesabatı dinlənildi. Şöbə müdiri Səyyar Abdullayev cari il üzrə hesabatı təqdim edərək informasiya texnologiyaları üzrə terminologiya məsələlərinin araşdırılması problemi ilə bağlı yerinə yetirilmiş işlərdən danışdı. Bildirdi ki, elektron terminoqrafiyanın elmi-nəzəri problemləri, müasir vəziyyəti və problemlərinin həlli yolları tədqiq olunmuşdur.

O, şöbədə informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi və təsnifi problemi ilə bağlı işlərin görüldüyünü də qeyd etdi. Bu istiqamətdə informasiya texnologiyalarının müxtəlif sahələri üzrə seçilmiş ən müasir terminlərin sistemləşdirilməsi, onun etimoloji mənbəyi və yaranma tarixi, bu terminlər əsasında krossvordların hazırlanması və s. istiqamətdə araşdırmaların aparıldığını diqqətə çatdırdı.

S.Abdullayev şöbənin elmi-praktiki fəaliyyətindən bəhs edərək tanınmış elektron kitabxanalardan informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlərin əldə edildiyini, bu terminlər əsasında krossvordların hazırlandığını, Big Data, Vikipediya, bioinformatika, elektron tullantılar və proqram mühəndisliyi sahələri üzrə müxtəlif mənbələrdən 140-a yaxın yeni terminin toplandığını bildirdi.

O, həmçinin beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı cari ildə görülmüş işlər haqqında məlumat verdi. Qeyd etdi ki, hesabat ilində “İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə seçilmiş ən müasir terminlər” ekspress-informasiyasının III hissəsi çap olunmuş, IV hissə isə rəyə təqdim olunmuşdur.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək terminoqrafiya fəaliyyətinin dilimizə daxil olan yeni sözlərin toplanması və sistemləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi, bu sahədə aparılan araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı