"Akgün Yazılım" şirkətinin nümayəndələri İnformasiya Texnologiyaları İnstitutunda oldular May 06, 2014 | 03:00 / Görüşlər

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Türkiyənin "Akgün Yazılım" şirkətinin idarə heyətinin sədri Təməl Akgün və Bakı ofisinin rəhbəri Yüksel Akgün ilə görüş keçirildi. Əsas məqsəd institut ilə tanışlıq və müvafiq sahədə əməkdaşlıq perspektivlərinin müzakirəsi idi. 

Öncə qonaqlara qurumun innovativ şəraiti və maddi-texniki bazası ilə bağlı ətraflı məlumat verildi. Onlar Tədris-İnnovasiya, Distant Tədris və Multimedia mərkəzləri, burada həyata keçirilən yeni layihələr, müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalarla tanış oldular. 

Sonra Y.Akgün təmsil etdiyi şirkətin yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi. Bildirdi ki, Türkiyədə proqramlaşdırma sahəsində ən böyük şirkətlərdən olan bu qurumun baş ofisi Ankara şəhərində yerləşir. 1986-cı ildən fəaliyyətə başlayan "Akgün Yazılım" Azərbaycanda da bir çox dövlət və özəl təşkilatları üçün informasiya sistemləri hazırlamışdır. 

Qonaq, həmçinin şirkətin nəzdində aparılan elmi-tədqiqat işləri barədə məlumat verərək, institutla bu sahədə əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlı olduqlarını ifadə etdi. Qeyd etdi ki, birgə layihələrdə iştirak, kadr və təcrübə mübadiləsi hər iki qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilində mühüm rol oynayacaq. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı