“MiKRO Information Handling and Distribution” şirkəti dünya üzrə internet-kitabxana xidmətini təqdim edir Noyabr 04, 2016 | 03:00 / Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “MiKRO Information Handling and Distribution” şirkətinin nümayəndəsi Mehmet Haseki ilə görüş keçirildi.

Tədbirdə institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları Vüqar MusayevFərhad Yusifov, Elektron Kitabxana Mərkəzinin  rəhbəri Mədinə Səidova və Mərkəzin əməkdaşları iştirak edirdilər.

“MiKRO Information Handling and Distribution” şirkətinin fəaliyyət istiqamətləri haqqında məlumat verən M.Haseki qurumun dünya üzrə internet-kitabxana xidməti təqdim etdiyini və “open access” jurnallara bir mərkəzdən girişi təmin edən platforma olduğunu bildirdi.

Şirkətə müraciət edən müəssisələrin “World eBook Library” və “Global e-Journals Library”nin bazasından 2 ay ərzində ödənişsiz olaraq yararlanmaq imkanına malik olduğunu söyləyən qonaq dünya üzrə bu xidmətlərdən istifadə edən şirkətləri diqqətə çatdırdı.

M.Haseki qeyd etdi ki, elektron kitablar, akademik tədqiqatlar və audio-kitablardan ibarət olan “World eBook Library” dünyada elektron kitab və sənədlərin ən böyük arxividir. Elmi tədqiqatlara dair 200 dildə 3 milyondan çox elektron kitab və sənədin təqdim olunduğu kitabxanada abunəçilər bütün kolleksiyaya tam giriş əldə edirlər.

O, həmçinin “Global e-Journals Library”nin təqdim etdiyi imkanlar haqqında da məlumat verdi. Bu elektron kitabxananın dünyanın 135 ölkəsində 125 il ərzində nəşr olunmuş 9 milyondan çox məqaləni əhatə edən 22 mindən çox jurnala “open access” təklif edən ilk məlumat bazası olduğunu qeyd etdi. Bildirdi ki, burada jurnal və məqalələr avtomatlaşdırılmış şəkildə deyil, kitabxanaçılar tərəfindən toplanmış, emal edilmiş və təsnif edilmişdir.

Sonra M.Haseki “World e-book Library”dən  istifadə qaydaları haqqında təqdimatla çıxış etdi.

Sonda dünya səviyyəsində səmərəli elmi araşdırmaların aparılması və innovativ elmi nəticələrin əldə olunması baxımından bu kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeyd olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı